Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyul 2024 / 10:49

ONLAR BAŞ PROKURORLUQDAN TƏQAÜDƏ GÖNDƏRİLDİ

Baş Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış yüksək vəzifəli üç əməkdaşı təqaüdə göndərilib.

Baş Prokurorluqdan “Təzadlar”a verilən məlumata görə, qurumun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Maqsudov Rövşən Abid oğlu, Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri – böyük prokuror Əliyev Akif Nazim oğlu və Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuror-kriminalisti Kişiyev Elman Fərman oğlu qulluq keçmələrinə xitam verilib.

Onlara Baş prokuror tərəfindən verilmiş “Prokurorluğun fəxri işçisi” döş nişanı, Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Görüş zamanı veteran prokurorluq işçilərinin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətləri, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib, eyni zamanda veteran prokurorluq işçiləri isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib.

Rövşən Maqsudov, Akif Əliyev və Elman Kişiyev tədbir iştirakçıları ilə xatirələrini bölüşüb və sonda xatirə şəkli çəkilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!