Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukraynada davam edən müharibədə daha iki Gürcüstan əsilli döyüşçü həlak olub.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukraynada döyüşən digər gürcü döyüşçülər məlumat yayıblar. Bildirilir ki, Zura Tsiklauri və Qoça Jvaniya Şərq Cəbhəsinin cəbhə xəttində həlak olublar. Məlumata əsasən, 2008-ci ilin avqust müharibəsinin iştirakçıları olan döyüşçülər, 2014-cü ildən Ukraynada Gürcüstan legionunun tərkibində döyüşürlər.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində indiyədək 60-dan çox Gürcüstan əsilli döyüşçü həyatını itirib.