Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İyunun 10-da Dövlət Gömrük Komitəsində Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanov ilə görüş keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, görüşdə iki dost və qardaş ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin bütün sahələrdə, o cümlədən gömrük orqanları arasında əlaqələri daha da möhkəmləndirdiyi vurğulanıb.
Eyni zamanda, Azərbaycan və Özbəkistan gömrük orqanlarının səmərəli, işgüzar əlaqələrinin iqtisadi münasibətlərin genişləndirilməsinə də töhfə verdiyi bildirilib.
Görüşdə Transxəzər Gömrük Tranzit Portalının gələcək fəaliyyəti, eləcə də gömrük işinin təşkili sahəsində məlumat və təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.
R.XUDATQIZI