Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cari ilin yanvar-may aylarında Özbəkistandan qızıl ixracı 6,49 milyard dollara çatıb. Bu barədə ölkənin Milli Statistika Komitəsinin məlumatında deyilir.
TEZADLAR.AZ xəbər verir ki, bu, ötən ilin beş aylıq göstəricisindən (4,19 milyard dollar) 54,8% çoxdur.
Yanvarda Özbəkistan xaricə qızıl ixrac etməyib; Fevralda ixrac 1,73 milyard dollar, martda 1,84 milyard dollar, apreldə 1,91 milyard dollar, mayda 1,01 milyard dollar təşkil edib.
Qiymətli metalların ümumi ixracda xüsusi çəkisi 37,1%-dən 43,8%-ə yüksəlib.
Xatırladaq ki, may ayının sonuna Özbəkistanın beynəlxalq ehtiyatları 49,66 milyard dollara çatıb ki, bu da 2013-cü ildən bəri bütün müşahidələr tarixində rekord göstəricidir.
Artım beşinci aydır ki, davam edir və ilin əvvəlindən ehtiyatlar 8,48 milyard dollar artıb.
İlk beş ayda qızılın qiyməti 25,5% artaraq bir unsiya üçün 2624 dollardan 3292 dollara yüksəlib.
Qiymətli metal bu il dünyada geosiyasi qeyri-sabitlik (təhlükəsiz aktiv kimi qızıla tələbat artır), ABŞ seçkiləri və prezident Donald Trampın tarif siyasəti, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı salması fonunda kəskin bahalaşıb.
Dünyanın dördüncü ən böyük qızıl istehsalçısı və Özbəkistanın ən böyük vergi ödəyicisi olan Nəvai Mədən və Metallurgiya Şirkəti 2024-cü ildə qızıl hasilatını 5,4% artıraraq 7,4 milyard dollarlıq rekord gəlir əldə edib.
Xalis mənfəət əvvəlki illə müqayisədə 44,6% artaraq 2,1 milyard dollar təşkil edib.
JASMİN