Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Özbəkistanda markasız və ya saxta dərmanların satışına görə lisenziyalar dayandırılacaq.
Belə ki, Özbəkistan Respublikasında əczaçılıq şirkətlərinə və apteklərə lisenziyaların verilməsi üçün əlavə tələblər irəli sürülür.
TEZADLAR.AZ xəbər verir ki, bu, ölkə prezidentinin 23 may tarixli sərəncamında nəzərdə tutulub.
Belə ki, iyulun 1-dən Özbəkistana gətirilən dərman vasitələrinin topdan və pərakəndə satışına yalnız idxalçı təşkilat və ya onun rəsmi dilerləri vasitəsilə və elektron qaimə-faktura əsasında satışına icazə verilən prosedur qüvvəyə minir.
Bu o deməkdir ki, idxal olunan dərmanları yalnız məhsulları idxal edən şirkətlər və yaxud onların rəsmi dilerləri sata biləcək. Müstəqil vasitəçilər və icazəsiz təşkilatlar bu cür dərmanları qanuni olaraq sata bilməyəcəklər.
Xatırladaq ki, aprelin 1-dən Özbəkistana bir sıra dərman vasitələrinin idxalına 2% gömrük rüsumu tətbiq edilib.
Bunlara antibiotiklər, ağrıkəsicilər, antiinflamatuar dərmanlar, antiviral, hormonal və digər dərmanlar daxildir.
JASMİN