Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Avqust 2024 / 04:20

PARİS-2024: AZƏRBAYCAN İDMANÇILARI BU GÜN MAKRONU MƏYYUS EDƏ BİLƏR

Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Tüzadlar.az xatırladır ki, ilk olaraq avarçəkənimiz Diana Dımçenko mübarizəyə start verəcək. İdmançımız C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq. Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq. Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi 7-ci matçında Kanada ilə üz-üzə gələcək. Bununla da Ratomir Deliçin yetirmələri qrupdakı görüşlərini başa vuracaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!