Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 12:02

Paris muzeyindən Makronun mum heykəli oğurlanıb

Fransanın paytaxtında Rusiya əleyhinə etiraz aksiyasının təşkilatçıları tərəfindən Paris muzeyindən Makronun mum heykəli oğurlanıb.

Bazar ertəsi Rusiya Federasiyasında arzuolunmaz təşkilat kimi tanınan tanınmış ekoloji təşkilatın fəalları iki ölkə arasında işgüzar əlaqələrin davam etdirilməsinə, eləcə də Makronun iqlim siyasətinə etiraz olaraq Fransa prezidenti Emmanuel Makronun mum heykəlini muzeydən çıxararaq Rusiyanın Parisdəki səfirliyinin yaxınlığında quraşdırıblar.

Tezadlar.az CNN-ə istinadən xəbər verir ki, fəallar Makronun heykəlini bazar ertəsi yerli vaxtla saat 10:30-da Parisin mərkəzində 200-dən çox ictimai xadimin mum fiqurlarının yerləşdiyi Qrevin Muzeyindən “borc götürdüklərini” bildiriblər.

“O, Rusiya ilə Fransa müqavilələrini ləğv etməyənə və Avropada iddialı və davamlı ekoloji keçidə başlamayana qədər bu dünyaca məşhur mədəniyyət müəssisəsində sərgilənməyə layiq deyil”, – aksiya iştirakçılarının bəyanatında deyilir.

Fəallar heykəli Fransa paytaxtının qərbində yerləşən Rusiya səfirliyinə gətirib və orada qaz, nüvə enerjisi və kimyəvi gübrələr kimi sahələrdə Moskva ilə ticarətin davam etdirilməsini pisləyən plakatların qarşısına qoyublar.

Aksiyada iştirak edənlərdən biri heykəlin arxasında “Biznes biznesdir” yazılmış lövhə tutub və bu lövhədə gülümsəyən Makron əl çaldığını göstərir. Digər lövhədə isə belə yazılıb: “Ukrayna yanır, biznes davam edir”.

CNN qeyd edir ki, Rusiya yanacağından asılılığa son qoymaq vədlərinə baxmayaraq, Avropa ölkələri mayeləşdirilmiş təbii qaz (LNG) kimi məhsulların idxalını dayandırmaq üçün mübarizə aparır.

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) araşdırmasına görə, Fransa yanvar ayında Avropa İttifaqında Rusiyadan ən çox qaz yanacaq idxalçısı olub və ümumilikdə 377 milyon avro dəyərində LNG idxal edib.

Fəallar həmçinin Rusiyanın “Rosatom” nüvə agentliyi ilə nüvə yanacağı idxalı müqavilələrinin davam etdirilməsini tənqid ediblər.

“Emmanuel Makron nüvə intibahından əl çəkməlidir. Bu yolda israr etmək Rusiya kimi düşmən rejimlərdən təhlükəli şəkildə asılı qalmaq deməkdir”, – fəal Roger Spoutz isterik şəkildə bəyanatında yazıb. – “Vladimir Putinin uranı ilə nə suverenlik, nə enerji keçidi, nə də sülh ola bilməz. Bu ikili standartlara son qoymağın və nüvə enerjisi ilə bağlı səhifəni birdəfəlik çevirməyin vaxtıdır.”

Aksiyanın təşkilatçıları öz bəyanatlarında “Ukraynaya güclü dəstək nümayiş etdirərkən belə, Makronun Rusiya ilə ticarəti dayandırmaq üçün yetərincə iş görməməsi”ni tənqid ediblər.

“Bu qeyri-müəyyən mövqe Fransanın beynəlxalq aləmdəki nüfuzunu zəiflədir və Kremlin hərbi ehtiyatlarını artırır”, – CNN fəallardan sitat gətirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!