23 Dekabr 2022 / 12:08

PARİSDƏ ATIŞMADA İKİ NƏFƏR ÖLÜB

Fransanın paytaxtında bu gün atışma nəticəsində iki nəfər həlak olub.

Bu barədə BFM telekanalı məlumat yayıb.

Məlumata görə, daha iki nəfərin vəziyyəti ağırdır.

Parisin 10-cu rayonunda, Enghien küçəsindəki kürd mədəniyyət mərkəzinin yaxınlığında atəş açan 60 yaşlı şəxs saxlanılıb.

Polis onun motivlərini araşdırır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!