Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Slovakiya deputatları hökumət üzvlərinə beynəlxalq təşkilatlarda Rusiya əleyhinə yeni sanksiyaları dəstəkləməyi qadağan edən qətnamə qəbul ediblər.
Tezadlar.az TVNOVINY-ə istinadən xəbər verir ki, Slovakiya Milli Şurasının üzvləri hökumət üzvlərinə Rusiyaya qarşı yeni sanksiyaların və ticarət məhdudiyyətlərinin tətbiqinə səs verməyi qadağan edən qətnamə qəbul ediblər. İştirak edən 76 deputatdan 51-i təşəbbüsün lehinə, o cümlədən SNS partiyasının nümayəndələri, Smer-SD əksəriyyəti, həmçinin Hlas-SD-dən olan bəzi deputatlar və müstəqillər səs verib.
Qətnamədə qeyd olunur ki, Rusiyaya qarşı sanksiyalar siyasəti və məhdudiyyətlər enerji qiymətlərinin artmasına və tədarük zəncirlərinin pozulmasına gətirib çıxarır ki, bu da Slovakiya şirkətlərinin rəqabət qabiliyyətinə və iqtisadiyyatına mənfi təsir göstərir. Parlament həmçinin hökuməti Slovakiyanın iqtisadi maraqlarını müdafiə etməyə və ölkənin iqtisadiyyatına, sənayesinə və əhalisinə zərər vuran tədbirlərə fəal şəkildə qarşı çıxmağa çağırıb.
Sənəd SNS koalisiya partiyası tərəfindən təklif edilib və enerji bazarının sabitləşdirilməsi, qiymət qeyri-sabitliyinin azaldılması və Slovakiya iqtisadiyyatının strateji maraqlarının qorunması üzrə tədbirlərin fəal şəkildə təşviqini nəzərdə tutur. Yalnız bir deputat əleyhinə səs verib, digər 23 deputat bitərəf qalıb, müxalifət isə səsvermədə iştirak etməyib.
“Vzqlyad” qəzeti yazır ki, Slovakiyanın baş naziri Robert Fiko Rusiya əleyhinə sanksiyaların ləğvi ilə bağlı referendumun keçirilməsini dəstəkləməyə hazır olduğunu bəyan edib.
E.ŞİRİNOV