Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz”.
Ermənistanın İctimai Radiosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan deyib. “Biz başa düşməliyik ki, kiminlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməliyik. Əvvəllər konsepsiya ilə bağlı heç bir çətinlik olmadığı kimi, belə bir məsələ də yox idi. Əvvəllər Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 %-i Rusiya ilə bağlı idi. İndi bu, obyektiv və subyektiv səbəblərdən ola bilməz”, – deyə o vurğulayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurmağı, KTMT-də qalıb-qalmadığını başa düşməlidir.