4 Mart 2024 / 12:56

PAŞİNYAN RUSİYANI ERMƏNİSTANDA HAKİMİYYƏTİ DEVİRMƏYƏ ÇAĞIRMAQDA İTTİHAM EDİB

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı respublikada hökuməti devirməyə çağırmaqda ittiham edib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “France 24” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin payızında bəzi yüksək rütbəli rus məmurları “Açıq şəkildə Ermənistan əhalisini üsyana və hökuməti devirməyə çağırıblar”. Lakin o, bir nəfərin də adını çəkməyib.

Paşinyan 6 ildir Rusiya telekanallarında erməni əleyhinə təbliğata baxdığından da şikayətlənib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!