2 İyun 2023 / 15:25

PAŞİNYAN TÜRKİYƏYƏ GEDİR- ƏRDOĞANI TƏBRİK ETMƏYƏ

Paşinyan sevincək Türkiyəyə gedir…

Belə ki, Ermənistan Türkiyə prezidenti Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün dəvət alıb. Tezadlar.az Ermənistan KİV-lərinı istinadka bildirir ki,  Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, iyunun 3-də baş nazir Nikol Paşinyan mərasimdə iştirak etmək üçün Ankaraya gedəcək. O, Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edəcək. 

Ermənistan KİV-ləri isə Paşinyanı tənqid edir, yazırlar ki, oş bu səfərdən çox məmnundur… “…Deməli, Paşinyanın bu davranışı sübut edir ki, onun türk əsilli olması barədə məlumatkar əsaslıdır…”, -deyə radikallar sosial mediada paylaşım edirlər…

Adamın Paşinyana yazığı gəlir: bir tərəf onun saxtakar olmasını, digər tərəf isə Türkiyə ilə Azərbaycanın maraqlarına xidmət etdiyini yazır…

XƏYYAM

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!