Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Oktyabr 2025 / 10:24

Paşinyan: “Azərbaycanla sülh əldə olunub, tranzit yolları açılır”

Paşinyandan sensasion etiraflı açıqlama gəldi: “Azərbaycan və Ermənistan arasında sülh artıq əldə olunub və tərəflər arasında münasibətlər institusional səviyyəyə keçmək üzrədir”. Tezadlar.az news.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu Forumu”nda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Vaşinqtonda ABŞ Prezidentinin təşəbbüsü ilə 2025-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevlə sülh sazişi imzalanıb. Sənədə ABŞ Prezidenti Donald Tramp da imza atıb. Sitat: “Ən vacibi budur ki, Azərbaycanla Ermənistan arasında sülh artıq mövcuddur. Hazırda çalışırıq ki, bu sülh daha da möhkəmlənsin və institusional xarakter alsın. Tərəflər arasında dövlətlərarası münasibətlər inkişaf etsin və sabitləşsin. Biz real olaraq bu gündən yükdaşımaları Ermənistan ərazisindən həyata keçirməyə hazırıq. İnfrastruktur tam hazırdır. Həmçinin dəmir yolu tranzitinə də siyasi olaraq hazırıq. Sadəcə bəzi texniki yenidənqurma işləri qalır ki, onların da yaxın 2-3 il ərzində həll olunacağına əminik”.

Paşinyan bildirib ki, Azərbaycanın artıq Ermənistan istiqamətində ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırmaqla bağlı addım atdığını və bu barədə Prezident İlham Əliyevin bəyanat verdiyini bildirib. Paşinyan bu qərara görə Əliyevə təşəkkür edib. Ermənistanın baş naziri Türkiyə ilə də müsbət dialoqun davam etdiyini və bu çərçivədə sərhədlərin açılmasının gözlənildiyini bildirib. Onun sözlərinə görə, bu, regionda kommunikasiya və əməkdaşlıq imkanlarını genişləndirəcək. Nikol Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında başlayan sülh dialoqu həm də regionda qonşuluq münasibətlərinin yaxşılaşmasına, xüsusilə İran və Gürcüstanla əməkdaşlığın inkişafına təkan verəcək. Sitat: “Regiona sülh qayıtdı. İndi isə daha çox yük dövriyyəsi, enerji axını və inkişaf üçün bu prosesi dərinləşdirməliyik. Cənubi Qafqazın gələcəyi bu əməkdaşlıqdan asılıdır”.

Beləliklə, Ermənistan yüz illər boyu davam edən düşmənçiliyinə son qoymağa qərar verib. Bu, ölkənin gələcək taleyini hədəfləyir, boşboğazların “Böyük Ermənistan” xəyallarının boş və mənasız olmasının təsdiqidir.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!