Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yalnız Qarabağ məsələsinin bağlanması Azərbaycanla əldə olunan sülhü mümkün edib.
“Xalq mənim kimi başa düşdü ki, Qarabağ məsələsi bağlanmadan sülhün bərqərar olması mümkün deyil. Sadəcə olaraq, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin bərqərar olmasına, eləcə də inkişafımıza mane olmaq üçün alət kimi istifadə olunub”, – Paşinyan bildirib. – “Qarabağdan olan qaçqınlara gəlincə, mən dəfələrlə bəyan etmişəm və təkrar edirəm ki, onların Qarabağa qayıtmasını qeyri-real hesab edirəm. Üstəlik, Ermənistan və Azərbaycandan olan qaçqınların bu ərazilərə qayıtması hər iki tərəfdən müzakirə olunan mövzunu təhlükəli hesab edirəm”.
E.ŞİRİNOV