Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında danışıqların bu gün, eləcə də işgüzar səhər yeməyi çərçivəsində təkbətək görüş planlaşdırılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib. O, bu barədə sosial mediada məlumat verib.
Bir müddət əvvəl “İzvestiya” Telegram kanalı Ermənistan baş nazirinin kortejinin Moskvada Kiyev şossesi boyunca hərəkətini əks etdirən video yayımlayıb.
Ermənistan hökumətinin məlumatına görə, nümayəndə heyətinə Paşinyandan əlavə, Baş nazirin müavini Mqer Qriqoryan, Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan və bir neçə hökumət rəsmisi daxildir. Xarici işlər naziri Ararat Mirzoyan və onun müavini Mnatsakan Safaryan da nümayəndə heyətinin tərkibindədir.
Paşinyan bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq və təkbətək görüş keçirəcək.
Bir neçə gün əvvəl ölkə başçıları telefon danışığı aparıb və bu görüşün təşkili imkanlarını müzakirə ediblər.
JASMİN