Əsas məzmuna keç

ABŞ-ı NATO-dan çıxarmağı düşünürəm – Tramp

ABŞ prezidenti Donald Tramp müttəfiqlərinin İrana qarşı mümkün ABŞ hərbi əməliyyatını dəstəkləmədiyi təqdirdə ölkəsinin NATO-dan çıxarılması barədə ciddi şəkildə düşünəcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, Britaniyanın “Daily Telegraph” qəzetinə verdiyi müsahibədə Tramp alyansın hazırkı strukturunu sərt şəkildə tənqid edib.

Qəzetin məlumatına görə, Tramp NATO-nu “kağız pələng” adlandırıb.

ABŞ-ın müdafiə müqaviləsindən çıxma ehtimalının artıq “ağlasığmaz” məsələ olmadığını bildirən Tramp qeyd edib ki, NATO-nun etibarlılığına uzun müddətdir şübhə edir.

E.ŞİRİNOV 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…