6 Oktyabr 2025 / 13:16

“Patriot” sistemləri Ukraynada Rusiya raketlərini ələ keçirə bilmir

Amerikanın “Patriot” zenit sistemləri Ukraynada Rusiyanın ballistik raketlərini ələ keçirə bilmir.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Washington Post” yazır ki, Ukrayna Silahlı Qüvvələrində “Patriot” sisteminin olmasına baxmayaraq, onun effektivliyi rusiyalı mütəxəssislərin ələ keçirmə sistemlərindən yan keçmək üçün raket silahlarını təkmilləşdirməsi səbəbindən aşağı düşür.

Nəticədə, KİV-in məlumatına görə, Rusiyanın “Kinjal” və “İsgəndər” raketləri öz hədəflərini getdikcə daha çox vurur və Ukrayna ərazisi üzərində müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!