Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistanda pələng 23 yaşlı ibtidai sinif müəlliminə hücum edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Mangalore Today” məlumat yayıb.
Madhya Pradeş ştatındakı Penç Vəhşi Təbiət Qoruğunun yaxınlığında pələng 23 yaşlı Manoj Dhurveni yeyib. Yerli məktəbdə işləyən gənc müəllim göbələk yığmaq üçün meşəyə gedib və bir daha evə qayıtmayıb. Yerli sakinlər yırtıcı heyvanın izinə düşərək kəsilmiş cəsədi üz və ayaqları qorunub saxlanmış vəziyyətdə tapıblar.
Bu, son bir ayda ikinci belə hadisədir – iyulda Sundarbanda pələnglər bir nəfəri parça-parça edib, ikincisi isə hələ də itkin düşüb.
Bundan əvvəl Hindistanda fermerin insan yeyən pələngin qurbanına çevrildiyi bildirilirdi. Faciəvi hadisə Maharaştra ştatının Parseoni şəhəri yaxınlığında baş verib. Daha sonra meşə idarəsinin əməkdaşları hadisə yerində pələng izləri aşkar edərək meyiti yarılma üçün göndəriblər.
E.ŞİRİNOV