10 Fevral 2026 / 11:02

Pensiyaçılara qənim kəsilən şəxs polisdən yayına bilmədi – FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl şəxslərin etibarından sui-istifadə edərək onların təqaüd kartlarını talayan şəxsi saxlayıblar.
Tezadlar.az-a DİN-dən daxil olan məlumata görə, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynov bankomatların yaxınlığında dayanaraq yaşlı şəxslərə kömək adı altında yaxınlaşıb. O, təqaüd kartlarını alaraq içində vəsait olmayan başqa kartlarla dəyişdirib və sonradan həmin kartlardakı pulu qanunsuz şəkildə nağdlaşdırıb.
Bu üsulla 6 təqaüdçüyə məxsus ümumilikdə 2389 manat mənimsənilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!