24 Avqust 2025 / 09:08

Pentaqon Çikaqoya qoşun göndərməyi planlaşdırır

Pentaqon cinayətkarlıqla mübarizə, həmçinin evsiz və qeyri-qanuni mühacirlərin sayını azaltmaq üçün Çikaqoya qoşun göndərməyi planlaşdırır.

Tezadlar.az-ın məlumatına görə, “The Washington Post” qeyd edir ki, ən azı bir neçə min Milli Qvardiyaçı səfərbər ola bilər.

“Planda bir neçə variant var, o cümlədən ən azı bir neçə min Milli Qvardiya üzvünün səfərbər edilməsi… Fəal qoşunların istifadəsi də müzakirə olunur”, – məqalədə deyilir.

Bu modelin daha sonra digər böyük şəhərlərdə də istifadə oluna biləcəyi vurğulanır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp qeyri-qanuni mühacirlərin və evsiz insanların Vaşinqton küçələrindən “yoxa çıxacaqlarını” vəd etmişdi.

Daha sonra Pentaqonun cinayətkarlıqla mübarizə aparmaq üçün Amerika paytaxtına 800 Milli Qvardiyaçı göndərdiyi bildirilir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!