Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çexiyanın bu ölkədə Rusiyanın dövlət əmlakına qarşı sanksiyalar tətbiq etməsini qəbuledilməz adlandırıb.
Tezadlar.az xəbər verir ki, Kreml nümayəndəsi Rusiyanın “Qoszaqranprosperty” müəssisəsinin Çexiyanın sanksiyalar siyahısına salınmasını belə şərh edib.
“Riskləri bir növ minimuma endirmək üçün indi vəziyyət təhlil edilir. Çexiya hakimiyyətinin bu cür dərin anti-Rusiya mövqeyi, əlbəttə ki, tamamilə çaşqınlığa səbəb olur, biz belə bir mövqeyi qəti şəkildə rədd edirik, qəbul etmirik”, – o, jurnalistlərə brifinqdə deyib.
Daha əvvəl xəbər verilmişdi ki, Yan Lipavski Çexiya hakimiyyəti tərəfindən Rusiyanın dövlət əmlakının dondurulması təklifinin təsdiqini elan edib. Belə ki, “Qoszaqranprosperty” Federal Dövlət Unitar Müəssisəsi sanksiyalar siyahısında olub.
E.ŞİRİNOV