Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə bildirib ki, yeni səfərbərlik dalğası ilə bağlı Kremlin mövqeyi dəyişməz olaraq qalır: bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır.
“Biz səfərbərliklə bağlı bu suala dəfələrlə cavab vermişik. Bu məsələ ilə bağlı heç bir müzakirəmiz yoxdur”, – deyə o, müvafiq sualı cavablandırıb.
Bölgələrdəki hərbi komissarlıqların məlumatları dəqiqləşdirmək üçün çağırış vərəqələri verməsi ilə bağlı xəbərlər fonunda jurnalistlər Kreml nümayəndəsinə bu barədə sual veriblər.
E.ŞİRİNOV