3 Noyabr 2023 / 10:37

PESKOV: RUSİYADAN HİZBULLAHA SİLAH ÖTÜRÜLMƏSİ İLƏ BAĞLI MƏLUMATLAR ƏSASSIZDIR

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, “Vaqner PMC”-nin Rusiya silahlarının Suriyadakı Hizbullah hərəkatına ötürülməsi ehtimalı ilə bağlı mətbuatda yayılan xəbərlər heç nəyə əsaslanmır, Vaqner qrupunun özü de-fakto mövcud deyil.

“Biz artıq demişdik ki, faktiki olaraq belə bir qrup yoxdur, ona görə də bütün bu arqumentlər, bir qayda olaraq, heç nəyə əsaslanmır, arxasında heç nə yoxdur. Narahat edən bir şey varsa, onlar hər zaman bizim ordumuza gətirilə bilər”, – Peskov bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!