Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib.
Tezadlar.az xəbər verir ki, tədbirdə Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsi də müzakirə edilib.
ADSEA-nın Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov məlumat verib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcarasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, çayın məcrası 14 km uzunluqda dəyişdiriləcək:
“Çay bolsulu olmasa da, yayda qurusa da, iqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub”.
Dinləmədə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisinin də əhəmiyyətindən söz açılıb. Vurğulanıb ki, bu qovşaq Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt–Astara marşrutu üzrə də xüsusi iqtisadi rol oynayır.
Vurğulanıb ki, layihələrin ətraf mühitə təsirləri qiymətləndiriləcək, o cümlədən layihə altına düşən yaşıllıqların bir hissəsi köçürüləcək, köçürülməsi mümkün olmayanların isə bərpa dəyəri ödəniləcək.