Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın hərbi təyyarəsi Baltik dənizində Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) freqatının üzərindən uçub.
“Təzadlar” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı deyib.
“Bu cür uçuşlar hərbi dairələrdə lazımsız təxribat kimi qiymətləndirilir”, – o söyləyib.
Pistorius bu hadisəni Rusiyanın pilotsuz uçuş aparatları və döyüş təyyarələrinin Polşa və Estoniyanın hava məkanına daxil olması ilə müqayisə edib.
Onun sözlərinə görə, Rusiya getdikcə daha çox sərhədləri pozur, özü də bunu NATO ölkələri ilə də sınaqdan keçirir.