Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Polis kapitanı Abbas Tunc Türkiyənin Düzce şəhərində keçirilən Peşəkar Kikboksinq üzrə yarışda rəqibinə texniki nakautla qalib gələrək KOK Peşəkar kəmərinin sahibi olub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial medi hesabındakı paylaşımda bildirib.
O, qələbə qazanmış polis kapitanını təbrik edib:
“Həmkarımızı dünya peşəkarlarının iştirak etdiyi yarışda əldə etdiyi qələbə münasibətilə təbrik edirik!”,- qeyd edib.
Xatırladaq ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin YYÇ-nin ispektoru polis kapitanı Abbas Tunc İsmayıl oğlu Peşəkar Kikboksinq üzrə
KOK (king of king’s) 77 kq-da hollandiyali Kevns Simonsla döyüşün 1-ci raundunda texniki nakautla qalib gələrək KOK Peşəkər kəmərinə sahib çıxıb. Onun peşəkar rinqdə – 5 döyüşdə 5 qələbəsi var.
Y.Məmmədli