Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 04:21

Polşa müasir müharibəyə hazır deyil – “WP”

Polşa hərbi qüdrətini fəal şəkildə artırsa da, hibrid münaqişələrə və dron təhdidlərinə hazır olmadığını sübut etdi.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ekspertlərə istinadən məlumat yayıb.

“Biz daha ənənəvi müharibə növünə hazırlaşmağa başladıq”, – müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.

Onun sözlərinə görə, Polşa ordusu çox gec başa düşüb ki, dronlar kimi daha ucuz müharibə vasitələri daha səmərəli ola bilər və cəbhə xəttində mühüm taktiki üstünlüklər təmin edə bilər. Eyni zamanda, adi silahlar olduqca baha başa gəlir.

Ekspert Kai-Olaf Lang həmçinin qeyd edib ki, Polşanın bütün təhlükəsizlik siyasəti onilliklərdir transatlantik münasibətlər çərçivəsində ABŞ ilə sıx əməkdaşlıq üzərində qurulub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!