3 Oktyabr 2025 / 10:36

Polşa Rusiya ilə diplomatik əlaqələrin kəsilməsindən danışıb

Polşa Rusiya ilə diplomatik münasibətləri kəsmək niyyətində deyil, lakin “sonrakı təxribat aktları” baş verəcəyi təqdirdə tədbir görməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “Fakt” qəzetinə müsahibəsində bildirib.

O, xəbərdarlıq edib ki, Varşava Rusiyanın Polşada fəaliyyət göstərən üç baş konsulluğundan sonuncusunu bağlaya bilər.

“Son yanğınlara cavab olaraq əvvəlcə Poznandakı, sonra Krakovdakı konsulluğu bağladıq. Rusiyanın Qdanskda başqa konsulluğu var. Əgər oxşar hadisə təkrarlanarsa, bu ofisi də bağlayacağıq”, – Sikorski bildirib.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Rusiya ilə artıq davam edən “yeni tipli müharibə”dən danışmışdı. O, vurğuladı ki, fikir liderləri bütün Qərb transatlantik ictimaiyyətini Moskva ilə münaqişənin perspektiv deyil, fakt olduğunu başa düşməyə “məcbur etməlidir”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!