23 Sentyabr 2025 / 07:32

Polşa Rusiyanın Ukraynada atəşkəslə bağlı razılaşmasına ümid edir

Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, Varşava Rusiyanın Ukraynadakı münaqişədə atəşkəslə bağlı razılaşmasına ümid edir.

Tezadlar.az xəbər verir ki, RİA Novosti onun sözlərini sitat gətirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında Sikorski Kiyevin məhdud atəşkəslə razılaşdığını açıqlayıb. Polşanın xarici işlər naziri Rusiyanın da analoji qərar verəcəyinə ümid edirdi.

Bundan əvvəl Sikorski Polşa hava məkanında Rusiya təyyarələrini vurmaqla hədələyib. Diplomat Rusiya hökumətinə müraciət edib ki, əgər raket və ya təyyarə Polşanın hava məkanına icazəsiz, qəsdən və ya səhvən daxil olarsa və vurularsa, “gəlib şikayət etmə”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!