Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Fevral 2025 / 16:14

POLŞA UKRAYNA İLƏ BAĞLI AVROPA PLANININ TƏCİLİ HAZIRLANMASINA ÇAĞIRIB

Polşanın baş naziri Donald Tusk sosial şəbəkələrdə bildirib ki, Avropa Ukrayna böhranını həll etmək üçün təcili olaraq öz planını hazırlamalıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Agentliyin məlumatına görə, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışıqları fonunda Amerikanın yüksək rütbəli rəsmiləri, Avropa ölkələrinin dövlət və hökumət başçılarının bəyanatları Ukrayna məsələsi ilə bağlı bir sıra bəyanatlar verib.

“Avropanın təcili olaraq Ukrayna və təhlükəsizliyimizlə bağlı öz fəaliyyət planına ehtiyacı var, əks halda, digər dünya oyunçuları gələcəyimizlə bağlı qərarlar qəbul edəcəklər. Bu isə mütləq öz maraqlarımıza uyğun deyil”, – Tusk vurğulayıb.

Hökumət başçısı qeyd edib ki, plan təxirə salınmadan hazırlanmalıdır.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, Berlin Ukraynaya qarşı tətbiq edilən sülhlə razılaşmayacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!