Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Payızda Polşa müəyyən kateqoriyalı ukraynalı qaçqınlar üçün sığınacaqları bağlamağa başlayacaq
Bu ilin noyabr ayından etibarən Polşada ukraynalılar üçün kollektiv yerləşdirmə mərkəzləri, başqa sözlə, sığınacaqlarda yaşamaq qaydaları əhəmiyyətli dərəcədə dəyişəcək. Onlarda yalnız həssas kateqoriyadan olan vətəndaşlar – pensiyaçılar, hamilə qadınlar və əlillər yerləşdiriləcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.
Bildirilir ki, Polşa hökuməti Ukraynadan gələn miqrantlar üçün sığınacaqların fəaliyyətini mərhələli şəkildə bağlamaq qərarına gəlib. Müvafiq qanun layihəsi çərşənbə axşamı Nazirlər Şurasının iclasında qəbul edilib. Hökumət hesab edir ki, ukraynalı qaçqınlara yardımın formaları mövcud ehtiyaclara uyğun olaraq dəyişir.
“Daxili İşlər və İdarəetmə Nazirliyi hesab edir ki, indi bu tip dəstəyi dayandırmaq vaxtıdır”, – Polşa hökumətinin sözçüsü Adam Şlapka bildirib.
Qanun layihəsinə əsasən, noyabrın 1-dən sığınacaqlarda yalnız qorunan qrupların nümayəndələri – pensiyaçılar, hamilə qadınlar, əlillər yaşaya biləcək. Digərlərinə kirayə üçün subsidiyalar təklif olunacaq.
Polşa Radiosu qeyd edir ki, hazırda sığınacaq sakinlərinin yarısı mərkəzdə yaşayış və yemək üçün əlavə pul ödəyir. Nəşr Mazoviya voyvodasının mətbuat katibi Yoanna Baxanekin sözlərinə istinad edir ki, ukraynalılar Polşaya gəldikdən sonra ilk bir neçə ay ərzində mərkəzdə pulsuz yerləşmə hüququna malikdirlər.
“Ukrayna vətəndaşının Polşaya daxil olduğu ilk gündən hesablanan bu 120 gündən sonra maliyyə iştirakının müddəti başlayır”, – o izah edib.
Nəşrin məlumatına görə, hazırda sığınacaqlarda qorunan qruplara aid olmayan 6 minə yaxın qaçqın yaşayır. Onlar üçün “Müstəqilliyə birlikdə” adlı proqram hazırlanır ki, bu da mənzillərin kirayəsi üçün subsidiyalar almaq və polyak dili kurslarının xərclərini ödəmək imkanı verəcək. Proqram Aİ fondları tərəfindən maliyyələşdiriləcək.
Polşa vətəndaşlarını tibbi müayinəyə çağırır
UNİAN yazır ki, gələn ilin əvvəlindən Polşa vətəndaşları tibbi müayinəyə çağırmağa başlayacaq və bu müddət ərzində onların hərbi xidmətə yararlılığı müəyyən ediləcək. Orduya tələb olunan ixtisasa malik olan gənc oğlan və qızlar tibbi müayinədən keçməlidirlər. Artıq yanvar ayında 235 min vətəndaş hərbi həkim komissiyasına çağırış vərəqələri alacaq.
E.ŞİRİNOV