Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Polşa Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiya Federasiyasının ərazisini tərk etməyi tövsiyə edib. Tezadlar.az xəbər verir ki, nazirliyin yaydığı rəsmi bəyanatda bildirilir ki, bu çağırış Ukraynada davam edən müharibə və Rusiya rəhbərliyinin Polşanı “düşmən dövlət” elan etməsi ilə bağlıdır.
Bəyanatda deyilir: “Xarici İşlər Nazirliyi Rusiyaya istənilən səfərlərə qarşı xəbərdarlıq edir. Polşa vətəndaşlarına tövsiyə olunur ki, əgər şəxsi, ailəvi və ya peşəkar zərurət yoxdursa, ölkəni mümkün olan kommersiya və ya özəl yollarla tərk etsinlər”. Nazirlik əlavə edib ki, Rusiyada Polşa diplomatik və konsulluq heyətinin ciddi şəkildə azaldılması, Sankt-Peterburq və Kalininqrad (Königsberg) şəhərlərindəki baş konsulluqların fəaliyyətinə icazələrin ləğv edilməsi ilə əlaqədardır. Bu səbəbdən vətəndaşlara konsulluq yardımı göstərmək getdikcə daha çətinləşir və bəzi hallarda çox uzaq konsulluqlara müraciət zərurəti yarana bilər. Sənəddə həmçinin bildirilir ki, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və digər gözlənilməz hallar zamanı təxliyə prosesi ya xeyli çətinləşə, ya da ümumiyyətlə mümkün olmaya bilər.