28 Oktyabr 2025 / 09:22

Polşada casusluq şübhəsi ilə saxlanılan ukraynalılar…

İki Ukrayna vətəndaşı Polşada casusluq şübhəsi ilə saxlanılıb.

Tezadlar.az bildirir ki, respublikanın Daxili Təhlükəsizlik Agentliyi bu barədə öz veb saytında məlumat verib.

Qeyd olunur ki, 6 may 2023-cü il ilə 4 avqust 2025-ci il tarixləri arasında şübhəlilər Polşa Silahlı Qüvvələri, eləcə də Ukraynaya dəstək ilə bağlı vacib infrastruktur haqqında məlumat toplayıblar.

“15 oktyabr 2025-ci ildə hər iki saxlanılan prokurorluğa gətirilib və orada onlara qarşı ittiham irəli sürülüb. İttihamlar elan edildikdən sonra prokuror şübhəlilər barəsində üç aylıq həbs qətimkan tədbiri seçilməsi üçün Lublin Rayon Məhkəməsinə vəsatət verib. Vəsatəti nəzərdən keçirdikdən və sübutları araşdırdıqdan sonra məhkəmə prokurorun vəsatətini təmin edib”, – deyə Agentlik bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!