Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Polşanın şimal-qərbində – Zamoş şəhərindən bir qədər aralıda, Bıdqoşdan təxminən 15 kilometrlik məsafədə naməlum hərbi obyektin qalıqları tapılıb. Əraziyə polis əməkdaşları, hərbi polis və istehkamçılar tərəfindən baxış keçirilir.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi Twitter-də yazır.
Nazirlikdən bildirilib ki, vəziyyət yerli sakinlərin təhlükəsizliyinə təhlükə yaratmır.
RMF radiosunun məlumatına görə, tapılan qalıqlar döyüş başlığına malik olmayan “hava-yer” tipli raketdir.
Polşanın ədliyyə naziri və baş prokuroru Zbiqnev Zebronun verdiyi məlumata görə, söhbət hava obyektindən gedir. Tapıntı ilə bağlı prokurorlarla yanaşı, hərbi ekspertlər, polis, jandarma və Hərbi Əks-Kəşfiyyat Xidmətinin nümayəndələri də araşdırma aparır.
E.ŞİRİNOV