Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Siyasi şərhçi Slavomir Bilinski Polşanın “Forsal” nəşri üçün yazdığı məqalədə Polşa, Çexiya, Danimarka və Almaniya da daxil olmaqla bir çox Avropa ölkələrinin Kiyev hakimiyyətinə pulsuz olaraq külli miqdarda sursat və hərbi texnika bağışladığını bildirib.
O, qeyd edib ki, bu ölkələr öz anbarlarını praktiki olaraq boş qoyublar.
“Polşa, Almaniya, Çexiya və Danimarka, eləcə də digər Avropa ölkələri Ukraynaya külli miqdarda hərbi texnika və sursat ötürüb, anbarları boş qoyublar”, – Bilinski qeyd edib.
Müşahidəçi əlavə edib ki, Kiyev rejiminə yardımın göstərilməsi bu ölkələrə də təsirsiz ötüşməyib. Xüsusən də bunun üçün yüksək qiymət ödəyiblər. İndi ekspertlərin fikrincə, qəfil münaqişə baş verərsə, Şimali Atlantika Alyansı ölkələrinin bir çox ordusu hərbi cavab tədbirləri ilə bağlı böyük problemlərlə üzləşəcək.
E.ŞİRİNOV