Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polşanın Çeluçov şəhərindən olan ekstrasens Kşiştof Cekovski özünün YouTube kanalında 2026-2028-ci illərdə Polşanın böyük dövlətlərin üç təsir dairəsinə bölünəcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Radio Eska” məlumat yayıb.
Cekovskinin sözlərinə görə, Polşa tort kimi üç yerə bölünəcək. Episentri Krakov olacaq ölkənin cənub-şərq hissəsi muxtariyyət qazana bilər. Eyni zamanda, Pomeraniya, Qərbi Pomeraniya Voyevodalığı, Polşanın mərkəzi və cənub-qərbinin bir hissəsi Polşa olaraq qalacaq.
Ekstrasens hesab edir ki, bu, çoxdan hazırlanmış genişmiqyaslı planın tərkib hissəsi olacaq. O güman edir ki, Ukraynadan xeyli sayda qaçqın Polşaya axışa bilər ki, bu da ölkənin bölünməsinin katalizatorlarından birinə çevriləcək.
E.ŞİRİNOV