Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polşanın baş naziri Donald Tusk macar həmkarı Viktor Orbanı Ukrayna ilə bağlı mövqeyinə görə kəskin tənqid edərək, onun Rusiyanın tərəfində olduğuna eyham vurub.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “European Pravda” nəşri sitat gətirib.
“Viktor Orban müharibənin olmadığına inanır. Mən müharibə olduğuna inanıram. Əsl sual müharibə olub-olmaması deyil. Əsl sual bu müharibədə kimin hansı tərəfdə olmasıdır”, – Tusk deyib.
Onun sözlərinə görə, hər kəs Polşanın, NATO-nun, Avropanın kimin tərəfində olduğunu bilir. Eyni zamanda, “təəssüf ki, Viktor Orbanın kimin tərəfində olduğu yəqin ki, məlumdur”. Tusk vurğulayır ki, bu fikir ayrılıqları ona Avropadakı tərəfdaşları ilə “sivil söhbətlər” aparmağa mane olmur, çünki o, “emosiyalarına hakimdir”.
Bundan əvvəl “Bloomberg” mənbələrə istinadən xəbər vermişdi ki, Almaniya kansleri Fridrix Merz bir gün əvvəl Kopenhagendə keçirilən Aİ sammitində Macarıstanın baş naziri Viktor Orbanı tənqid edib. Məsələ ilə yaxından tanış olan mənbələrə görə, “toqquşma” Aİ-nin özünün müdafiəsini necə təmin edə biləcəyi və Ukraynanı dəstəkləməsi ilə bağlı müzakirələr zamanı baş verib.
E.ŞİRİNOV