24 Oktyabr 2025 / 13:29

Polşanın keçmiş baş naziri: Ukraynaya bir silah verə bilərik – çağırış yaşına çatmış gənc ukraynalılar

Polşanın Ukraynaya verə biləcəyi bir “silah” var – çağırış yaşına çatmış gənc ukraynalılar.

Tezadlar.az xəbər verir ki, bu barədə Polşanın keçmiş baş naziri Leşek Muller bildirib. O qeyd edib ki, Ukraynadan kənarda milyonlarla belə kişi var.

“Milyonlarla gəncin Ukraynanı tərk etməsi və ölkələri uğrunda döyüşmək istəməməsi qəribədir. Çox vaxt bunlar qanunsuz olaraq getməmiş, sadəcə geri qayıtmamış insanlardır. Amma onlar əlbəttə ki, Ukraynada və ya cəbhədə deyillər”, – deyə o bildirib.

“Bloomberg”-in məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərini hərbi xidmətdən yayınan kişi əsgərləri geri qaytarmağa inandırmağa çalışıb, lakin buna qarşı çıxılıb.

Qeyd olunur ki, “Polşadan Macarıstana” siyasətçilər müharibə qızışdığı bir vaxtda qaçqınları geri göndərməyəcəklərini bəyan ediblər.

Lakin onları saxlamağın əsas iqtisadi səbəbi də var, xüsusən də liderləri son illərdə miqrasiya məsələsində mənfi mövqe tutan ölkələrdə. Müharibədən əvvəl Polşada məskunlaşan ukraynalılardan əlavə, ölkə təxminən 950.000 qaçqını qəbul edib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına görə, onların ÜDM-ə töhfəsi ötən il 0,7% ilə 1,1% arasında olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!