Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2025 / 00:25

Poqba göz yaşlarını saxlaya bilmədi

“Tezadlar.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə bağlanan sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Dopinqə görə verilmiş 4 illik diskvalifikasiyası 18 aya endirilən və cəzasını bu ilin mart ayında başa vuran Poqba müqavilə imzalama mərasimində gözyaşlarını saxlaya bilməyib.

Poqba daha əvvəl “Mançester Yunayted” və “Yuventus”da çıxış edib. O, Avropa Liqasının qalibi, İtaliya çempionatının 4 qat qalibi, İtaliya Kubokunu 2 dəfə, İtaliya Superkubokunu isə 3 dəfə qazanıb.

Fransa millisində 2018-ci ildə dünya çempionu, UEFA Millətlər Liqasının qalibi və Avropanın vitse-çempionu olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!