16 Noyabr 2024 / 05:20

PREZİDENT ÖLKƏDƏKİ VƏZİYYƏTİ ƏHALİ İLƏ MÜZAKİRƏ ETMƏK NİYYƏTİNDƏDİR

Abxaziya prezidenti Aslan Bjaniya noyabrın 16-da respublikada Rusiya ilə investisiya sazişinə qarşı etirazlar fonunda gəldiyi Tamış kəndindəki məktəbdə əhali ilə görüş keçirmək niyyətindədir.

Tezadlar.az bildirir ki, bu barədə “İnterfaks” prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

“Görüşdə ölkədəki mövcud vəziyyət müzakirə olunacaq”, – məlumatda deyilir.

Bundan əvvəl müxalifət liderlərindən biri Levan Mikaa Abxaziya prezidenti Aslan Bjaniyanın qaçdığını bildirib.

Xəbər verdiyimiz kimi, cümə günü – noyabrın 15-də Abxaziyada siyasi böhran kulminasiya nöqtəsinə çatdı. Suxumini bürüyən kütləvi etirazlar polislə toqquşmalara, hökumət binaları kompleksinin ələ keçirilməsinə və prezident Aslan Bjaniyanın istefası tələblərinə səbəb olub. Moskva narahatlığını bildirib: etirazların mərkəzində müxalifətin fəal müqavimətinə səbəb olan və bunu Abxaziyanın iqtisadi suverenliyinə zərərli hesab edən Rusiya ilə investisiya sazişi dayanır.

Bundan əvvəl Abxaziya prezidenti Rusiya ilə investisiya sazişini parlamentdən geri götürməmək qərarına gəlib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!