9 Aprel 2024 / 08:19

PREZİDENT SADIR JAPAROV AZƏRBAYCANA GƏLİR

Qırğızıstan Prezidenti Sadır Japarov bu ayın sonlarında Azərbaycana dövlət səfəri edəcək.

Tezadlar.az “Kırqızıstanskaya pravda”ya istinadla bildirir ki, bu barədə Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. Nazir səfərin 2024-cü il aprelin 24-25-nə planlaşdırıldığını bildirib. 
Tezadlar.az xatırladır ki, Qırğızıstanla Azərbaycan arasında ənənəvi dostluq münasibətləri getdikcə daha da inkişaf edir…
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!