22 Dekabr 2022 / 09:47

PREZİDENT ZAUR FƏTİ-ZADƏNİ MMX-NİN İH-NİN SƏDRİ TƏYİN EDİB

TEZADLAR.AZ Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zaur Fəti-zadəni Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri etməsi barədə Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                          

1. Zaur İntiqam oğlu Fəti-zadə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2022-ci il

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!