11 May 2023 / 11:34

PREZİDENTLİYƏ NAMİZƏD MƏHƏRRƏM İNCƏ GERİ ÇƏKİLDİ

Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncə ən yüksək post uğrunda mübarizədən geri çəkildiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Türkiyə prezidentliyinə namizəd, Vətən Partiyasının sədri Məhərrəm İncə öz namizədliyini geri götürdüyünü və ən yüksək post uğrunda mübarizədən geri çəkildiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, onun çıxışı yerli telekanallar tərəfindən yayımlanıb.

“Mən istəyirəm ki, hər ev Vətən Partiyasına səs versin. Prezident seçkilərindən namizədliyimi geri götürürəm. Xoşbəxt olun”, – o deyib.

İncə bu qərara səbəb kimi ona müxtəlif təxribatlar, ittihamlar və dezinformasiyalar şəklində qeyri-adekvat və həddindən artıq təzyiq göstərilməsini göstərib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!