Pula tamah saldı, tamah da onu içəri saldırdı…
Naxçıvanın Babək Rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbirləri ilə yaşayış evindən pul oğurlamaqda şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova müəyyən edilərək saxlanılıb. Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Araşdırmalarla onun qanunsuz olaraq evə daxil olub 1500 manat və 700 ABŞ dolları oğurladığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Beləcə, pula tamah saldı, tamah da “etibarsızlıq edib” onu içəri saldırdı…
RAMİZ
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın