4 Sentyabr 2023 / 14:29

PUTİN: RUSİYA TÜRKİYƏ VƏ QƏTƏRLƏ BİRLİKDƏ ƏN YOXSUL ÖLKƏLƏRƏ TAXIL TƏDARÜK ETMƏYƏ HAZIRDIR

Moskva Ankara və Doha ilə birlikdə ən kasıb ölkələrə taxıl tədarük etməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Rusiya-Türkiyə danışıqlarının yekunları üzrə deyib.

“Biz təşəbbüsləri birlikdə təşviq etməyə hazırıq – cənab Türkiyə Prezidenti  təkid etdiyi kimi, Qara dəniz təşəbbüsünə qayıtmağa və Türkiyə və Qətərlə birlikdə ən yoxsul ölkələrə taxıl tədarük etməyə hazırıq”, – o deyib.

Bundan əvvəl Putin Rusiya Federasiyasının Türkiyədə emal üçün güzəştli qiymətlə 1 milyon ton taxıl tədarükünü və ən yoxsul ölkələrə pulsuz daşınmasını təşkil edəcəyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya bu məsələdə Qətərin köməyinə ümid edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!