21 Fevral 2023 / 09:37

PUTİN: RUSİYANI DÖYÜŞ MEYDANINDA MƏĞLUB ETMƏK OLMAZ

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanı döyüş meydanında məğlub etməyin mümkün olmadığını bildirib.

Rusiya lideri onu da əlavə edib ki, Rusiya Federasiyası xalqla müharibə aparmır. Onun sözlərinə görə, Ukrayna vətəndaşları Kiyev rejiminin girovuna çevrilib.

O, əlavə edib ki, ukraynalıların özləri də doğma ölkələrində xərclənən materiala çevriliblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!