Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2024 / 09:43

PUTİN RUSLARA MÜRACİƏT ETMƏYİ PLANLAŞDIRMIR

Rusiya prezidenti Vladimir Putin Sevastopoldakı atəşdən və Dağıstandakı terror aktından sonra ruslara müraciət etməyi hələ planlaşdırmır.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Xeyr, hazırda yox”, – deyə o, bu gün brifinqdə suala cavab verərkən deyib.

Xatırladaq ki, bazar günü Ukrayna Silahlı Qüvvələrinin Amerika raketlərindən istifadə etməklə Sevastopolda atəşə tutması nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub, 151 nəfər yaralanıb, 82 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin, iyunun 23-də axşam saatlarında silahlılar Dərbənd və Mahaçqalada bir neçə dini quruma silahlı hücum ediblər. Atışma zamanı hüquq-mühafizə orqanlarının 15 əməkdaşı həlak olub. Öldürülən mülki şəxslər arasında pravoslav kilsəsinin keşişi də var. İstintaq Komitəsi terror aktı törətmək, qanunsuz silah saxlama və odlu silah oğurluğu maddələri ilə cinayət işi açıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!