Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2024 / 21:15

PUTİN ƏVVƏLDƏN RƏİSİNİN HELİKOPTERİ İLƏ BAĞLI VƏZİYYƏTİ İZLƏYİR

Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisinin sərt eniş edən vertolyotu ilə bağlı vəziyyəti ilk başdan izləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin müşaviri İqor Levitin İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərlə telefon danışığı zamanı bildirib.

“Prezident Putin insident başlayandan xəbərləri diqqətlə izləyir və mən bu gecə onun sizə və İran xalqına dəstək və rəğbət mesajını çatdırıram”, – İranın IRIB telekanalı Levitinə istinadən xəbər verir.

Rusiya prezidentinin müşaviri qeyd edib ki, Putin dərhal İranın Rusiyadakı səfiri Kazım Cəlalini dəvət etməyi və Rusiya Federasiyasının İslam respublikasının axtarışında istənilən yardımı göstərməyə hazır olduğunu bildirməyi tapşırıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!