23 Oktyabr 2025 / 20:10

Putin ABŞ-ın yeni sanksiyalarını Rusiyaya təzyiq cəhdi adlandırıb

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni sanksiyalarının Rusiyaya təzyiq cəhdi olduğunu deyib.

“Hazırda onların, əlbəttə ki, iki aspekti var – sırf siyasi və iqtisadi. Siyasi aspektə gəlincə, bu, təbii ki, Rusiyaya təzyiq cəhdidir”, – Tezadlar.az xəbər verir ki, Putin jurnalistlərə deyib.

Onun sözlərinə görə, özünə hörmət edən heç bir ölkə və xalq heç vaxt təzyiq altında qərar qəbul etmir.

“Və təbii ki, Rusiya özünü bu özünə hörmət edən ölkələr və xalqlar siyahısında saymaq imtiyazına malikdir”, – prezident vurğulayıb.

Bir gün əvvəl ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “LUKOIL” şirkətlərinə, eləcə də onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu qərar “Rusiyanın sülh prosesinə ciddi maraq göstərməməsi” ilə izah edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!