1 Avqust 2025 / 15:43

Putin Rusiyanın Ukrayna ilə danışıqlarla bağlı mövqeyini açıqlayıb

Əgər Kiyev hesab edir ki, indi danışıqlar vaxtı deyil, o zaman Moskva gözləməyə hazırdır.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Yaxşı, prinsipcə, biz gözləyə bilərik. Əgər Ukrayna rəhbərliyi hesab edirsə ki, indi vaxt deyil və gözləmək lazımdır, zəhmət olmasa, biz gözləməyə hazırıq”, – o deyib.

Bundan əvvəl Ukrayna rəhbəri Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Rusiya lideri Vladimir Putinlə avqustda baş tuta biləcək mümkün görüşü müzakirə edib. O bildirib ki, Rusiya prezidenti ilə görüşün məcburi şərti danışıqlarda Avropa ölkələrinin nümayəndələrinin iştirakı olacaq.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinlə Zelenski arasında görüşün avqustun sonuna qədər baş tutmayacağını bildirib. O, Putinlə Zelenskinin görüşü münaqişənin həllinə son qoymalı olduğunu izah edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!